RU

Mourinyu 750-ci qələbəsindən sonra Mourinyusayağı danışdı

Portuqaliya Kubokunun 1/8 final mərhələsində "Farense"ni 2:0 hesabı ilə məğlub edən "Benfika"nın ünlü baş məşqçisi Joze Mourinyu karyerasının 750-ci qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, "EuroFoot" belə çatdırıb: 

"750 qələbədən hansı daha vacibdir? "Benfika"nın "Belenenseş" üzərində qazandığı? Çempionlar Liqasında "Portu"nun "Monako" üzərində qazandığı? Çempionlar Liqasındakı ikinci finalda "İnter"in "Bayern Münhen" üzərində qazandığı? Bugünkü? Yox! Növbəti - 751-ci. Gəlin növbəti qələbə üzərində işləyək".

Xatırladaq ki, Mourinyu məşqçilik karyerası ərzində 26 titul qazanıb. 

Nihat

Избранный
62
1
fanat.az

2Источники