İspaniya Kubokunun 1/16 final mərhələsində "Talavera-de-la-Reyna"nı 3:2 hesabı ilə məğlub edən "Real Madrid"in hücumçusu Kilian Mbappe portuqaliyalı superulduz Kriştianu Ronaldunun paytaxt komandasındakı rekordunu qırmaq üzrədir.
Fanat.Az xəbər verir ki, 3-cü liqa komandası ilə matçda dublla yadda qalan forvard 2025-ci ildə vurduğu qolların sayını 58-ə çatdırıb.
İndi onun Kriştianuya çatmasına 1 qol qalır. Madrid təmsilçisi bu il daha bir oyun keçirəcək. Xabi Alonsonun çalışdırdığı kollektiv La Liqada "Sevilya" ilə üz-üzə gələcək.
Xatırladaq ki, Ronaldu 2013-cü ildə İspaniya nəhənginin rəqiblərini 59 dəfə cəzalandırıb.
Nihat