RU

Bakının gizli dostu aktivləşdi: Məşhur qadının səfərindən sonra nələr olub?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays Bakını Cənubi Qafqaz regionunda Londonun ən dəyərli tərəfdaşlarından biri adlandırıb.

Lord Alderdays son günlərdə ölkənin şərqindən – Xəzər dənizi sahilindən başlayaraq qərbdə yerləşən Naxçıvana qədər səfər etdiyini, bu müddət ərzində Prezident İlham Əliyev, nazirlik rəhbərləri və hökumət rəsmiləri ilə görüşlər keçirdiyini bildirib.

Ticarət elçisi tərəflərin təmiz enerji, Orta Dəhlizin infrastrukturu, iqtisadiyyatın diversifikasiyası və təhsil sahələrində bir sıra birgə layihələr üzərində işlədiyini qeyd edib.

Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Böyük Britaniya 1990-cı illərdən etibarən Azərbaycanın xarici siyasətində və iqtisadi münasibətlərində mühüm rol oynayan əsas ölkələrdən biridir:

“Hələ 1992-ci ildə “Dəmir ledi” kimi tanınan Böyük Britaniyanın sabiq baş naziri Marqaret Tetçerin Azərbaycana səfəri də təsadüfi deyildi. Daha sonra 1994-cü il 20 sentyabrda imzalanan “Əsrin müqaviləsi”ndə Böyük Britaniya və bu ölkənin şirkətləri həlledici rol oynayıb. BP həm beynəlxalq əməliyyat şirkəti kimi, həm də Bakı–Tbilisi–Ceyhan neft kəmərinin əsas operatoru qismində çıxış edib. Böyük Britaniya–Azərbaycan münasibətləri təkcə enerji sahəsi ilə məhdudlaşmayıb, mədəniyyət, siyasət və iqtisadiyyatın digər istiqamətlərində də inkişaf edib”.

Turab Rzayev

Politoloqun sözlərinə görə, Böyük Britaniya bir sıra Avropa ölkələrindən fərqli olaraq açıq ermənipərəst siyasət yürütməyib və əksər hallarda erməni lobbiçiliyinə qarşı balanslaşdırıcı mövqe nümayiş etdirib:

“Britaniya regionda balanslı siyasət aparır. Hazırkı mərhələdə iki ölkə arasında gələcək üçün çoxsaylı ortaq maraqlar mövcuddur. Böyük Britaniya Çindən başlayaraq Avropaya qədər uzanan Orta Dəhlizə ciddi maraq göstərir və Pekindən Londona yüklərin daşınmasında mühüm rol almaq istəyir. Eyni zamanda yaşıl enerji sahəsi London üçün prioritet istiqamətlərdəndir və Bakının bu istiqamətdə həyata keçirdiyi layihələr onun maraqlarına uyğundur. Bununla belə, enerji sahəsində əməkdaşlıq hələ də münasibətlərin əsas sütunu olaraq qalır. Britaniya səfirinin münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qiymətləndirməsi də təsadüfi deyil – əlaqələrin real məzmunu buna tam əsas verir”.

Turab Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
143
1
globalinfo.az

2Источники