RU

“Şərurlu İsfəndiyar görməmiş adamdır, həbs olunmalıdır” – Hafiz Hacıyevdən SƏRT SÖZLƏR

“Şərurlu İsfəndiyar görməmiş bir adamdır, sadəcə Ramiz Mehdiyevə arxalanırdı. Ona görə bu gün Ramiz Mehdiyevlə iş birliyində olan adamlar bu cür əxlaqsız fikirlər bildirirlər, oğurluq edirlər, çalışırlar ölkədə qarışıqlıq yaratsınlar, milləti hansısa yolla qıcıqlandırsınlar”. Bu sözləri Ajans.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, əgər bu adam oğurluq edibsə, həbs edilməlidir: “Oğurluqla, səviyyəsiz açıqlamalarla məşğuldur, dövlətə neçə milyon borcu var, onu qaytarmalıdır. Ramiz Mehdiyevin adamlarına güzəşt etmək olmaz. Şərurlu İsfəndiyar kimdir ki? Görünür, onu öyrədənlər var, "qorxma, qorxma" deyənlər var. Bu cür insanların azadlıqda qalması yolverilməzdir”.

Xatırladaq ki, iş adamı İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) bir neçə gün öncə verdiyi müsahibədə etdiyi oğurluqlardan danışmışdı. Onun bu açıqlamaları birmənalı qarşılanmayıb.

Избранный
104
Ajans.az

1Источники