RU

Bu xəstəxanada Avastin inyeksiyasının icrasına başlanılıb

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında gözdə, əsasən, şəkərli diabet xəstəliyi ilə əlaqəli yaranan problemlərin müalicəsində istifadə edilən Avastin inyeksiyasının icrasına başlanılıb.

Bu barədə “Cebheinfo.az”-a TƏBİB-dən məlumat daxil olub.  

Avastin inyeksiyası, xüsusilə diabetik retinopatiya, yaşa bağlı makula degenerasiyası və retinal damar patologiyalarının müalicəsində geniş tətbiq olunan effektiv terapiya üsuludur. 

Bu müalicə metodu torlu qişada patoloji damarların proliferasiyasını və ekstravazasiya nəticəsində yaranan ödəmi azaldaraq, xəstələrin görmə funksiyasının qorunmasına və vizual reabilitasiyasına mühüm töhfə verir.

Qeyd edək ki, artıq 50-dən çox pasiyent üzərində Avastin inyeksiyası uğurla icra olunub.

Məlumat üçün bildirək ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən göz xəstəliklərinin müayinə və müalicəsi ödənişsiz qarşılanır.

Nigar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
102
2
cebheinfo.az

3Источники