“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriges peşəkarlıqla məşğul olduğu işlərdən danışıb.
Publika.az xəbər verir ki, Corcina biznes fəaliyyəti haqda bəzi detalları açıqlayıb.
“Bu sahədə mən istədiyim hər kəsə çevrilirəm. Çətinlikləri sevirəm və eyni anda bir neçə şeyə diqqət yetirmək üçün enerjim var. Bir layihəni mümkün hesab edib onu öhdəmə götürəndə, onu sona çatdırıram. Amma əvvəlcə hər bir təklifi diqqətlə qiymətləndirir və mövcud imkanlarıma uyğun olaraq ona yanaşıram. Beş uşaq anası olaraq, ailə həyatı ilə istədiyim hər şeyi birləşdirməyi həmişə bacarmıram.