RU

Rusiyanın 600 gəmisi Aİ-nin nəzarətində: Nə baş verir?

Avropa İttifaqı Şurası Rusiyanın “kölgə donanması”na daxil olan daha 41 neft tankerinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Şuranın yaydığı mətbuat açıqlamasında bildirilir.

Qərara əsasən, sanksiya siyahısına salınan gəmilərin Aİ limanlarına daxil olması və dəniz daşımaları ilə bağlı xidmətlərdən istifadə etməsi qadağan olunur. Məhdudiyyətlər neft üçün müəyyən edilmiş qiymət tavanını aşan, Rusiyanın enerji sektorunu dəstəkləyən, hərbi texnika daşıyan və ya Ukrayna ərazisindən taxıl və mədəni sərvətlərin çıxarılmasında iştirak edən tankerlərə qarşı yönəlib.

Beləliklə, Aİ-nin sanksiya siyahısına daxil edilən gəmilərin ümumi sayı 600-ə yaxınlaşıb. Avropa İttifaqı Rusiyaya və onun “kölgə donanması”na qarşı təzyiqləri bundan sonra da gücləndirməyə hazır olduğunu bəyan edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
112
1
konkret.az

2Источники