Türkiyəli aktrisa Berrak Tüzünataçın narkotik testi pozitiv çıxıb.
"Yeni Sabah" xəbər verir ki, İstanbulda tanınmış şəxslərə qarşı aparılan narkotik istintaqı çərçivəsində aktrisa məhkəməyə gətirilib.
İstanbulda polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində aralarında Dilan Polat, Engin Polat, Hadise Açıkgöz, İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Berrak Tüzünataç, Demet Evgar Babataş, Duygu Özaslan Mutaf, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Feyza Altun, Derin Talu, Deren Talu, Metin Akdülger, Ceren Moray Orcan, Ziynet Sali və Mert Yazıcıoğlunun da olduğu 19 nəfər, ifadələrinin alınması, eləcə də qan və saç nümunələrinin götürülməsi üçün əvvəlcə xəstəxanaya, daha sonra isə Məhkəmə-Tibb Ekspertizası Qurumuna aparılıb.
Test nəticəsi müsbət çıxan Berrak Tüzünataç bu gün ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gəlib. İfadə verməzdən əvvəl bir müddət dəhlizdə gözləyən Tüzünataç media nümayəndələrinə əl edib və gülümsəyib.
Əsmətxanım
Telegram kanalımız