"Sabah" bu gün Misli premyer-liqasının 1-ci turundan təxirə salınan matç çərçivəsində “Qarabağ”ı qəbul edəcək.
Oyuna ciddi maraq var. Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun "Football-plus.az"a verdiyi məlumata görə, görüş üçün satışa çıxarılan biletlərdən 3500-ü satılıb. Qalanlarının da gün ərzində satılacağı gözlənilir. Qazonun vəziyyəti isə həmişəki kimi ideala yaxındı.
Qeyd edək ki, “Bank Respublika Arena”nın tutumu 8900 yerlikdi. Matç saat 19.30-da başlayacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта