RU

Antonio Koşta Özgür Özəllə görüşməkdən imtina etdi

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Türkiyənin əsas təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə görüşməkdən imtina edib.

“Yeni Sabah” xəbər verir ki, bunu partiya lideri bildirib.

Belçikanın paytaxtı Brüsseldə Avropa Sosialist Partiyaları liderlərinin Toplantısı keçirilib. Ö.Özəl iclasda iştirak edib. Amma sammitə qatılan Antonio Koşta ilə görüşə bilməyib.

CHP sədri bundan bərk qəzəblənib və Avropa İttifaqı Şurasının Prezidentini sərt tənqid edib.

Ö.Özəl bildirib ki, A.Koşta yalnız toplantının açılışına qatılıb, çıxış edib və gedib. CHP sədri bunu diplomatik baxımdan saymazlıq və qəbuledilməz hal kimi qiymətləndirib:

“Hörmət etdiyim bir insandır, amma bu qədər vacib gündə yalnız açılışda nitq söyləyib çıxıb getməsi və bizə baş-başa 5 dəqiqə belə görüş imkanı verməməsi qəbuledilməzdir”.

O, həmçinin Avropanın müdafiə və təhlükəsizlik məsələlərinə dair narahatlıqlarını başa düşdüyünü, lakin Türkiyənin bu sahədə görəcəyi işləri ürəkdən dəstəklədiyini söyləyib.

Özel Avropa və CHP-nin əlaqələrinə də toxunaraq deyib:

“Bizim qardaş partiyalar olduğumuz həqiqətini inkar edə bilmərik. Böyük Britaniya İşçi Partiyası isə bu gün Rəcəb Tayyib Ərdoğanla gözlədiyindən daha çox həmrəylik göstərir. Bunu qəbul etmək mümkün deyil”.

Ö.Özəl partiyasının demokratiyaya önəm verdiyini vurğulayıb. O deyib ki, avtoritar liderlərin yaratdığı problemləri yalnız onlar ilə həll etmək mümkün deyil. CHP sədri bildirib ki, bir ölkədə demokratiya varsa, bu sabit və yaxşı münasibətlər vəd edə bilər. Amma ölkədə avtoritar idarə varsa, əvvəlcə fayda görünsə də, sonradan yeni sabitsizliklər ortaya çıxır. Ö.Özəl Avropa İtitfaqı sərhədində demokratik bir Türkiyə olmasının vacib olduğunu söyləyib və orada sosial demokratların, yəni qardaş partiyanın hakimiyyətə gəlməsinin əhəmiyyətini vurğulayıb. 

Əsmətxanım 


Telegram kanalımız
Избранный
82
2
yenisabah.az

3Источники