RU

Lavrov: Kallasın Ermənistana seçkilərdə kömək vədi “günahı boynuna” almaqdır

ain.az bildirir, Apa.az portalına istinadən.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Ermənistandakı seçkilərlə bağlı fikirlərinə münasibət bildirib.

APA-nın TASS-a istinadən xəbərinə görə, Lavrov deyib ki, Kallasın Moldovada olduğu kimi, Ermənistana da seçkilərdə zərərli xarici müdaxilə ilə mübarizədə kömək edəcəklərini vəd etməsi “günahı boynuna” almaqdır.

Rusiya XİN rəhbəri onu qeyd edib ki, “Qərb digər ölkələrin seçkilərinə fəal müdaxilə edir və suveren dövlətlərin daxili işlərinə müdaxilə neokolonializmin ən açıq təzahürlərindən biridir”.

Qeyd edək ki, gələn il Ermənistanda seçkilərin keçiriləcəyini bildirən Kaya Kallas rəsmi İrəvanın xarici müdaxilələrin qarşısının alınması mövzusunda Aİ-dən kömək istədiyini bəyan edib. Kaya Kallas daha əvvəl isə 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın Ermənistanda dezinformasiya kampaniyasını gücləndirdiyini iddia edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
4
apa.az

5Источники