Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ukrayna 2026-cı ilin yazına qədər Avropa İttifaqından (Aİ) maliyyə yardımı almazsa, dronların istehsalını azaltmalı olacaq."Report"un yerli KİV-inə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasının keçirildiyi Brüsseldə mətbuat konfransında bildirib."Əgər müvafiq tranş alınmazsa, Ukraynada dronların istehsalı dəfələrlə azalacaq", - ölkə Prezidenti qeyd edib.V.Zelenski vurğulayıb ki, Ukraynanın tərəfdaşları ölkəyə maliyyə yardımı ilə bağlı yekun qərarı 2025-ci ilin sonuna qədər qəbul edə bilərlər.Qeyd edək ki, Aİ 2026-2027-ci illərdə Ukraynaya 90 milyard avro ayırmağı planlaşdırır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.