Vəfa ərindən ayrıldığını etiraf etdi - "O Famil, o da siz"
Müğənni Vəfa Şərifova həyat yoldaşından ayrıldığını etiraf edib.
aia.az xəbər verir ki, bu barədə o, instaqram hesabında video paylaşaraq bildirib.
Vəfa deyib ki, iş adamı Famil Xəlilovdan bir ildir boşanıb:
“Sizin hansınızın ərini tanıyıram ki, mənim ərimi tanıyasınız? Əslində, gözəl tanıyırsınız, mənimlə davanız da odur. Sizə gözəl xəbərim var. Onu sizinlə baş-başa buraxıram. Bir ildir onun həyatında yoxam. Əl çəkin məndən və övladlarımdan! O, Famil, o da siz. Rəsmi sənədlərdə Familin adı Veyisdir. Bu söz-söhbətlərə görə məni ədəbsiz-əxlaqsız qadınların ayağına verdiyi üçün ondan ayrılmışam. İnsan olaraq hörmətim var, uşaqlarımın atasıdır, amma həyatında yoxam”.
Vəfa övladlarının şəxsiyyət vəsiqələrini də paylaşaraq Famil Xəlilovun onların atası kimi qeydiyyata alındığını bildirib.