Bakı. Trend:
"Yuventus"un futbolçusu Kenan Yıldız karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, "Mançester Yunayted" türkiyəlivingeri transfer etmək istəyir.
"Qırmızı şeytanlar"ın 20 yaşlı ön xətt oyunçusunu 90-100 milyonavroya heyətinə qatmaq şansı yüksək qiymətləndirilir.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətindəmeydana çıxdığı 25 rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə iləyadda qalıb. Türkiyə millisinin üzvünün İtaliya klubu iləmüqaviləsi 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.