RU

İnsanlar çay kifini EV HEYVANI KİMİ saxlamağa başlayıb

İnsanlar çay kifini ev heyvanı kimi saxlamağa başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, çinlilər arasında çay kifini ev heyvanı əvəzi kimi saxlamaq dəbi yayılıb. Onlar şəkərsiz çay alır və şüşəni isti yerdə bir neçə gün açıq saxlayırlar. Bir müddət sonra mayenin içində kiçik ağ top formasında kif formalaşır.

Bildirilir ki, Çində bir çox insanın gərgin iş və təhsil qrafiki səbəbindən it, pişik, hətta akvarium balığı saxlamağa belə vaxtı yoxdur. Çay kifi onlar üçün qayğı tələb etməyən sadə bir “ev heyvanı” rolunu oynayır və sahiblərinə tənhalıq hissini, eləcə də stresi azaltmağa kömək edir.

Yerli sosial şəbəkələrdə artıq belə bir “dostu” necə tez əldə etmək barədə məsləhətlər verən xüsusi icmalar və qruplar yaranıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
37
interpress.az

1Источники