RU

Misli Premyer Liqası: “Qarabağ” təxirə salınmış oyunda “Sabah”a uduzub

ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

SİA xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edib.

“Bank Respublika Arena”da təşkil olunan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edib.

Bu qələbə sayəsində “Sabah” 34 xalla liderliyə yüksəlib.

Ağdam təmsilçisi isə 33 xalla ikinci pilləyə enib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
56
8
sia.az

9Источники