RU

Türkiyənin Zalsburqdakı baş konsulu Azərbaycan Evinin qonağı olub

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Zalsburqdakı baş konsulu Şükriyyə Bayar bu şəhərdəki Azərbaycan Evinin qonağı olub.

Hafta.az xəbər verir ki, görüş zamanı Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov qonağa Azərbaycan Evinin fəaliyyəti, əsas məqsədləri və görülən işlər barədə ətraflı məlumat verib.

F.Əzizov Avstriyada yaşayan azərbaycanlıların milli-mədəni dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən layihələr, təşkil olunan mədəni tədbirlər və təşəbbüslər haqqında geniş danışıb.

Baş konsul Şükriyyə Bayar Avstriyada Azərbaycan diasporunun gördüyü işləri yüksək qiymətləndirərək, bu fəaliyyətin təqdirəlayiq olduğunu vurğulayıb. O, Azərbaycan Evinin cəmiyyətin birləşdirilməsi, milli kimliyin qorunması və mədəni diplomatiyanın gücləndirilməsi baxımından mühüm rol oynadığını bildirib.

Baş konsul, həmçinin qarşıdakı dövrdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Avstriyada birgə və daha koordinasiyalı fəaliyyət göstərməsinin əhəmiyyətinə diqqət yönəldib. Ortaq tarixə, mədəniyyətə və inanca sahib olan iki qardaş xalqın diasporlarının birlik və həmrəylik içində fəaliyyət göstərməsinin vacibliyi xüsusi olaraq vurğulanıb.

Görüşün sonunda Zalsburq Azərbaycan Evi ilə Türkiyənin Zalsburqdakı Baş Konsulluğu arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bu cür görüşlər Avstriyada yaşayan Azərbaycan və Türkiyə icmaları arasında əlaqələrin güclənməsinə, ortaq dəyərlərin daha geniş şəkildə təbliğinə və diaspor fəaliyyətinin daha sistemli şəkildə inkişafına mühüm töhfə verir. /AZƏRTAC/

Избранный
108
hafta.az

1Источники