RU

Şri Lankadan Bakıya gələn ailə çıxılmaz vəziyyətdə...

Axar.az saytına istinadən ain.az xəbər verir.

Şri-Lanka vətəndaşı olan ailə Bakıda çətin vəziyyətdə qalıb.

Axar.az xəbər verir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin yaydığı məlumata görə, Şri-Lankadan olan bir ailə turizm məqsədilə Bakıya səfər edib. Lakin ölkələrinə qayıtmaq istədikləri vaxt Şri- Lankada güclü leysan yağışları nəticəsində təbii fəlakət baş verib. Bu səbəbdən ölkəyə olan aviareyslər müvəqqəti olaraq dayandırılıb.

Mövcud vəziyyətlə əlaqədar ailə Azərbaycanda qalmağa məcbur olub. Hazırda ailənin kişi üzvü gündəlik əsasda oteldə qalmağa çalışsa da, davamlı yaşayış yeri və mütəmadi qida imkanı olmadığı üçün xanımının təhlükəsizliyini təmin etmək məqsədilə o, sığınacağa yerləşdirilib.

Məlumata görə, həyat yoldaşı hər gün xanımını ziyarət edib-edə bilməyəcəyini soruşur, hazırda maddi imkan tapmağa çalışır və səbirsizliklə ölkələrinə qayıdacaqları günü gözləyir. Bildirilib ki, bu müddət ərzində ailəyə lazımi dəstəyin göstərilməsi istiqamətində addımlar atılır.

Eyni zamanda kişinin bir dostu da ailənin vəziyyəti ilə yaxından maraqlanır. Beynəlxalq Miqrasiya Təşkilatı isə Şri Lanka vətəndaşı olan ailənin geri dönüş biletlərinin təmin olunması üçün müvafiq işlər aparır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
103
axar.az

1Источники