"Arabaçı Əlillər” İctimai Birliyinin təsisçisi İlham Məhərrəmov QHT.az-a açıqlamasında 2025-ci il ərzində əlillik sahəsində əldə olunan yeniliklər və nəticələr barədə danışıb.
Onun sözlərinə görə, ötən il ərzində ölkədə əlillik mövzusunda maarifləndirmə səviyyəsi yüksəlib, inklüziv yanaşma daha geniş şəkildə tətbiq olunmağa başlayıb və əlilliyi olan şəxslərin problemlərinə ictimai diqqət xeyli artıb. İlham Məhərrəmov bildirib ki, əlçatanlığın artırılması, sosial xidmətlərin inkişafı və əlilliyi olan şəxslərin ictimai iştirakçılığının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb:
"Bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının fəal iştirakı real dəyişikliklərin formalaşmasına şərait yaradıb. Həyata keçirilən tədbirlər sahə üzrə davamlı inkişafın əsasının qoyulmasına və inklüziv cəmiyyətin qurulmasına mühüm töhfə verib".
Pərvanə Fərhadqızı