RU

ABŞ-də sərnişin havada təyyarənin qapısını açmağa cəhd edib

Bakı. Trend:

ABŞ-də sərnişin təxminən 5 500 metr yüksəklikdə uçan təyyarəninqapısını açmağa cəhd göstərib.

Trend xəbər verirki, hadisə dekabrın 10-da Alyaskanın Dedxors şəhərindən Ankoricəuçan “Alaska Airlines” aviaşirkətinə məxsus təyyarədə başverib.

Məlumata görə, hallüsinasiya vəziyyətində olan Kassian UilyamFrederiks adlı sərnişin uçuş zamanı bir neçə dəfə təyyarənin arxaqapısını açmağa çalışıb. Şahidlərin bildirdiyinə görə, o, özünüqeyri-adekvat aparıb, narahatedici ifadələr işlədib, pəncərəni necəsındıra biləcəyini soruşub və ətrafdakılara həddindən artıq spirtliiçki qəbul etdiyini deyib. Daha sonra dərman qəbul edib və bundansonra davranışı daha da pisləşib.

Təyyarədə olan üç sərnişin K.Frederiksi zərərsizləşdirərəkuçuşun sonuna qədər saxlayıblar. Ekipaj təcili eniş variantınınəzərdən keçirsə də, pilotlar reysi davam etdirmək qərarıveriblər.

Təyyarə Ankoricə endikdən sonra K.Frederiks xəstəxanayaaparılıb. O, həkimlərə son 9–10 gün ərzində spirtli içki qəbuletdiyini, eyni zamanda trazodon adlı dərman istifadə etdiyini vəhəyatının son iki ilini xatırlamadığını bildirib.

Hadisə ilə bağlı ona qarşı ekipaj üzvlərinin işinə müdaxiləittihamı irəli sürülüb. K.Frederiksi uzunmüddətli həbs cəzasıgözləyir. Bundan əlavə, “Alaska Airlines” şirkəti sərnişinəaviaşirkətin xidmətlərindən istifadəni qadağan edib.

Избранный
35
az.trend.az

1Источники