RU

Braziliyanın sabiq prezidentinin oğlu parlament mandatından məhrum edilib

Eduardu Bolsonaru ABŞ-da yaşadığı üçün iclaslarda iştirak etməyib...

Poliqon xəbər verir ki, Braziliya parlamenti sabiq prezident Jair Bolsonarunun oğlu Eduardu Bolsonarunu deputat mandatından məhrum etmək barədə qərar qəbul edib. France Presse Agentliyinin məlumatına görə, rəsmi səbəb onun aşağı palatanın iclaslarını uzun müddət və sistemli şəkildə buraxması olub.

Məlumata əsasən, Eduardu Bolsonaru bu ilin fevral ayından etibarən ABŞ-da yaşayır. O, Vaşinqtonda Amerika hakimiyyət dairələrinin diqqətini cəlb etməyə və atası ilə bağlı məhkəmə qərarlarının yüngülləşdirilməsi və ya onun azadlığa buraxılması üçün dəstək əldə etməyə çalışır. Lakin bu müddət ərzində Braziliya parlamentinin işində faktiki olaraq iştirak etməməsi mandatının ləğvinə gətirib çıxarıb.

Xatırladaq ki, Braziliyanın sabiq prezidenti Jair Bolsonaru ötən ilin noyabr ayının sonunda 27 il müddətinə azadlıqdan məhrum edilib. O, 2022-ci il prezident seçkilərində məğlub olduqdan sonra dövlət çevrilişinə cəhdə rəhbərlik etməkdə təqsirli bilinib. Ali Məhkəmə müəyyən edib ki, Bolsonaru 2023-cü il yanvarın 8-də Braziliyanın paytaxtı Braziliyada baş verən kütləvi etirazların və hökumət binalarına hücumların təşkilatçılarından biri olub.

Həmin hadisələr ölkədə ciddi siyasi böhran yaratmış, hüquq-mühafizə orqanlarının genişmiqyaslı əməliyyatları və məhkəmə prosesləri ilə nəticələnmişdi. Eduardu Bolsonarunun parlamentdən uzaqlaşdırılması isə Bolsonaru ailəsinin Braziliya siyasətində mövqelərinin daha da zəifləməsi kimi qiymətləndirilir.

Poliqon.info

Избранный
123
poliqon.info

1Источники