Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Braziliyanın hazırki lideri Luiz İnasio Lula da Silva bəyan edib ki, ölkənin keçmiş prezidenti Jair Bolsonaronun həbs cəzasını azaldacaq qanun layihəsini bloklamaq niyyətindədir.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Luiz İnasio Lula da Silva yerli jurnalistlərlə söhbətində bildirib.
“The Guardian” nəşri yazıb ki, sənəd imzalanmaq üçün gələn kimi Lula da Silva konstitusiya hüququndan istifadə edəcək.
“Konqresə bütün hörmətimə baxmayaraq, qanun layihəsi mənim masama çatanda ona veto qoyacağam”,- Braziliya prezidenti deyib.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.