RU

Günəş panelləri səhranı münbit əraziyə çevirib

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Çinin Talatan adlanan səhrasında fəaliyyət göstərən 1 gigavatlıq günəş elektrik stansiyası öz mikroiqlimini yaradıb ki, bunun da nəticəsində torpağın tərkibi tamamilə dəyişib.

Reyting.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, artıq quru səhra canlanmağa başlayıb və çox sürətlə gözlənilməz nəticələr üzə çıxıb. Baş verən əsas dəyişiklik öncə bitki örtüyünün artması ilə müşahidə olunub.

Tədqiqatçılar vurğulayıblar ki, günəş elektrik stansiyası burada fəaliyyət göstərəndən kölgənin torpaqda rütubəti saxladığı məlum olub və nəticədə temperatur tədricən aşağı düşməyə başlayıb. Alimlər ilk dəfədir belə bir halla qarşılaşdıqlarını söyləyiblər.

Günəş stansiyasının əməkdaşları qeyd ediblər ki, proseslər torpağın münbitləşməsinə xidmət etməklə, həm də mikroorqanizmlərin inkişafına köməklik göstərir.

Alimlərin fikrincə, böyük günəş stansiyaları təkcə enerji mənbəyi deyil, eyni zamanda, belə səhraların bərpası üçün çox təsirli mexanizmə çevrilə bilər. Bununla belə, elm adamları hələlik çox tələsməməyi məsləhət görürlər. Çinli mütəxəssislər hesab edirlər ki, uzunmüddətli təsirlər, hər səhrada eyni effekti verib-verməyəcəyi barədə bir daha geniş və əlavə araşdırmalara ehtiyac var.

Alimlər daha sonra xatırladıblar ki, istifadə olunmuş günəş panellərinin emalı çox vaxt gecikir və onun tərkibində olan xeyli zərərli materiallar ətraf mühit üçün təhlükəli risklər yaradır. Sian Texnologiyalar Universitetinin elmi əməkdaşları da həmkarlarının fikirləri ilə razılaşıblar. Sianlı alimlərin ehtimallarına görə, digər səhralıq ərazilərində tamamilə fərqli nəticələrlə qarşılaşmaq mümkündür. Universitet tədqiqatçıları hesab edirlər ki, günəş panelləri müəyyən zamandan sonra suyun temperaturunun azalmasına səbəb ola və nəticədə su öz xüsusiyyətlərini dəyişməklə, ekosistemə mənfi təsir göstərə bilər.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
85
reyting.az

1Источники