RU

Naxçıvanda 3 min 500-ə yaxın fermer əkinlərini EKTİS-də bəyan edib-Açiqlama

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. Artıq 3 mindən çox fermer bu sistemdə qeydiyyatdan keçərək əkinlərini elektron qaydada bəyan edib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Nigar Abdullayeva deyib.

O qeyd edib ki, fermerlərin prosesə cəlb olunmasını asanlaşdırmaq məqsədilə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir.

Eyni zamanda, əkin bəyanı prosesinin sürətləndirilməsi üçün rayon və kəndlərdə səyyar xidmətlər təşkil olunur.

Nazirlik tərəfindən keçirilən məlumatlandırma sessiyaları da davam edir. Bu görüşlərdə fermerlər aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, tətbiq olunan yeni qaydalar barədə ətraflı məlumatlandırılır.

"İndiyədək muxtar respublika üzrə 3446 fermer öz əkinlərini bəyan edib. Fermerlər tərəfindən EKTİS-ə ümumilikdə 10 365 bəyan sənədi yüklənib, payızlıq və çoxillik əkinlər üzrə isə 16 313 bəyan işlənib. Ümumilikdə əkin bəyanları isə 7 min hektardan çox əkin sahəsini əhatə edir. Payızlıq əkinlərin EKTİS-də bəyanı prosesi dekabrın 30-da başa çatacaq. Fermerlərə vaxtında müraciət edərək əkinlərini bəyan etmələri tövsiyə olunur",-deyə nazirlik rəsmisi əlavə edib.

Избранный
118
6
azertag.az

7Источники