UEFA-nın klub əmsalları siyahısı yenilənib.
İdmanxeber.az-ın məlumatına görə, Konfrans Liqasındakı son matçlardan sonra Azərbaycan reytinqdə 26-cı yerdən 28-ci pilləyə enib. Ölkəmizin xalı hazırda 22.250-dir.
Azərbaycanı bir pillə üstələyən Slovakiyanın əmsalı 22.375, 29-cu olan Bolqarıstanın isə 19.875 göstərilib.
Reytinqə 103.658 xalla İngiltərə başçılıq edir.