RU

Zelenski Ukraynaya maliyyə dəstəyinə görə Aİ-yə təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının Ukraynaya maliyyə dəstəyi vermək qərarına görə Aİ liderlərinə təşəkkür edib.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, o bunu özünün Telegram kanalında yazıb.

“Bu, həqiqətən də bizim dayanıqlığımızı gücləndirən əhəmiyyətli bir dəstəkdir. Rusiya aktivlərinin hərəkətsiz qalması və Ukraynanın qarşıdakı illər üçün maliyyə təhlükəsizliyi zəmanəti alması vacibdir. Nəticələr üçün təşəkkür edirəm”, - deyə o yazıb.

İlahə Qənbərli

Missiya.Az

Избранный
62
missiya.az

1Источники