RU

Peterburq cənubundakı aqroparka yüz milyonlarla manat sərmayə qoyulacaq

Sankt-Peterburqun cənubunda yerləşən “Aqropark Nart” topdansatış-paylayıcı mərkəzi genişləndirilir. Layihə çərçivəsində aqroparkın sahəsi üç dəfə artırılacaq.

Publika.az xəbər verir ki, Sofiyskaya küçəsi 151 ünvanında yerləşən aqroparkın ərazisində növbəti 5–7 il ərzində təxminən 300 min kvadratmetr yeni anbar sahəsi tikiləcək. Bu barədə “Aqropark Nart” Topdansatış-Paylayıcı Mərkəzi” MMC-nin icraçı direktoru Andrey Butyuqin “DP” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ötən il aqroparka bitişik torpaq sahələrinin alınmasından sonra layihənin ümumi ərazisi 93 hektara çatıb. Genişlənmə planına biznes mərkəzi və ticarət mərkəzinin inşası da daxildir.

Layihə üzrə hər il 30–50 min kvadratmetr sahənin istifadəyə verilməsi nəzərdə tutulur. Ümumi investisiya həcmi 22–23 milyard rubl (təxminən 470–492 milyon manat) təşkil edəcək. Tikinti işləri şirkətin öz vəsaitləri hesabına aparılacaq.

Genişlənmədən sonra aqroparkın illik məhsul dövriyyəsinin 3,5 milyon tona çatacağı gözlənilir. 2026-cı il üçün 50 min kvadratmetr sahənin istismara verilməsi planlaşdırılıb. Obyektlərin bir qismi üzrə artıq tikintiyə icazə alınıb, digər hissələrdə isə layihələndirmə və hazırlıq işləri davam edir.

Избранный
26
1
publika.az

3Источники