Tovuzda evdən 27 yaşlı kişi meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, Tovuzun Qovlar şəhər sakini olan 1998-ci il təvəllüdlü R. Cəfərovun meyiti yaşadığı evdə aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info