RU

Qərb derbisinə doğru: “Kəpəz”də iki, “Turan Tovuz”da üç itki

Misli Premyer Liqasının XVI turunda “Kəpəz” “Turan Tovuz”la üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, Qərb derbisi öncəsi hər iki komandada itkilər var. Gəncə təmsilçisində zədəli olan Muhamedu Ba və sarı vərəqə limitini dolduran Şakir Seyidov matça çıxa bilməyəcək.

“Turan Tovuz” isə üç futbolçunun xidmətindən məhrumdur. Kurban Berdiyev bu matçda zədəli İbrahima Vadji, Abdulla Rzayev və Şəhriyar Əliyevdən yararlana bilməyəcək. Heyətdə cəzalı futbolçu yoxdur.

Qeyd edək ki, “Kəpəz” – “Turan Tovuz” oyunu bu gün saat 14:00-da start götürəcək.

Избранный
122
idmanxeber.az

1Источники