RU

Ramiz Mehdiyevdən evlər, ticarət obyektləri alan, onun imkanlarından istifadə edən Gültəkin Hacıbəyli cəzasını almalıdır, əfv edilməməlidir” - RƏY

“Azərbaycan qanunlarını pozan hər bir şəxs gec və ya tez mütləq Azərbaycan qanunları qarşısında cavab verəcək. Çünki qanun dövlət tərəfindən müəyyənləşdirilmiş ümumi məcburi davranış qaydasıdır və onun əleyhinə getmək olmaz. Qanunun əleyhinə fəaliyyət üstəlik millətin, xalqın mənafeyinin əleyhinə yönəlirsə, belə addımlar heç vaxt əfv edilməməlidir. Əslində, Gültəkin Hacıbəylinin timsalında da biz bunu görürük. Şübhəsiz ki, Gültəkin Hacıbəyli Türkiyədə, yaxud başqa ölkədə olsaydı belə, əvvəlcədən məlum idi ki, o, Azərbaycan qanunları qarşısında cavab vermək üçün Azərbaycana gətiriləcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Hikmət

H.Babaoğlu bildirib ki, bu cür cinayətlər həm də vahid şəbəkənin tərkib hissəsi olan cinayətlərdir: “Ramiz Mehdiyevin törətdiyi əməllərdən danışan zaman qarşımıza bir şəbəkə çıxır. Çox maraqlıdır ki, bu şəbəkənin üzvləri əslində zidd qütblərdə görünən qruplaşmalar olsalar da, alt qatda bunlar arasındakı birliyin ortaya çıxması bəlli olur. Bu, Azərbaycanın müstəqilliyinə qarşı nə qədər sistemli və düşünülmüş şəkildə cinayətlərin törədilməsinin planlandığından xəbər verir. Artıq ictimai müstəvidə və publik olaraq Gültəkin Hacıbəyli - Ramiz Mehdiyev əlaqələrini mətbuatdan bilirik. Onların təriflərini və bu təriflər, Azərbaycan əleyhinə göstərdikləri fəaliyyət müqabilində onların bu əməllərinin motivasiya edilməsini, Ramiz Mehdiyev tərəfindən bu cür halların həvəsləndirilməsi üçün maddi təminatın ödənildiyini, evlər verildiyini, ticarət obyektləri üçün imkanlar yaradıldığını görürük. Əlbəttə ki, bütün bunlar da Azərbaycan ictimaiyyətinin diqqətindən yayınmır. Hər biri öz cəzasını tapacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Dekabr 2025, 11:58   
Избранный
126
pravda.az

1Источники