Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.
"Cebheinfo.az" xəbər verir ki, rayonda yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
"Cebheinfo.az"