Ajans.azxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb. Həmin ticarət mərkəzində və Suraxanı rayonunda yerləşən, E.Hüseynovun istifadəsində olan anbarlardan yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb. Araşdırma aparılır.