RU

Millimizin üzvü Estoniya klubunda

Bu yay “Şamaxı”dan ayrılan Murad Vəliyev karyerasını Estoniyada davam etdirəcək.

Sitat.info xəbər verir ki, Azərbaycanın U-21 millisinin sabiq üzvü “Trans Narva” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı vingerlə 2027-ci ilin sonuna kimi müqavilə imzalanıb. Murad yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Murad Vəliyev ötən mövsümün ikinci yarısında “Şamaxı”da çıxış edib.

Избранный
11
2
sitat.info

3Источники