RU

Prezident Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq konqresin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət edib.

Aznews.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konqres iştirakçıları!

Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaqdır. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.

Избранный
66
37
aznews.az

10Источники