RU

İbrahimoviçin oğlu “Milan”la peşəkar müqaviləsini imzaladı

Zlatan İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzaladı

“Milan”ın keçmiş hücumçusu Zlatan İbrahimoviçin oğlu Vinsent İbrahimoviç ilk peşəkar müqaviləsini imzalayıb.

Msport.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Milan”la sözləşmə imzalayıb.

“Yarımmüdafiəçi Vinsent İbrahimoviçin klubla ilk peşəkar müqavilə imzaladığını məmnuniyyətlə bildirir və “Milan Futuro” (“Milan”ın gələcəyi) layihəsinin bir hissəsidir”, – deyə klubun mətbuat xidmətinin rəsmi açıqlamasında bildirilib.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2023-cü ildə futbolçu karyerasını başa vurub. Hazırda keçmiş ulduz futbolçu “Milan”da rəhbər vəzifələrdən birini tutur.

Избранный
49
3
msport.az

4Источники