RU

“Rusiya ordusu Ukraynada tezliklə iki şəhəri ələ keçirəcək” - Putin

“Donetsk vilayətinin Krasnıy Liman və Konstantinovka şəhərləri yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçəcək”.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin məlumat verib.

"Rusiya qoşunları Konstantinovka şəhərinə daxil olur və orada artıq döyüşlər gedir. Şübhəsiz ki, bizim oğlanlarımız bu şəhəri də ələ keçirəcəklər", - deyə siyasətçi vurğulayıb.

Putinin sözlərinə görə, Krasnıy Limanın 50 faizindən çoxu hazırda Rusiyanın nəzarəti altındadır və şəhərin özü tezliklə ələ keçiriləcək.

Rusiya Prezidenti qeyd edib ki, şəhərin ələ keçirilməsi Kiyevin nəzarətində olan Slavyansk istiqamətində irəliləməyə imkan verəcək.

Daşqın HəsənovMissiya.Az

Избранный
28
1
missiya.az

2Источники