RU

TƏBİB: 2026-cı ildən əsas xəstəxanalarda onlayn randevu sistemi tətbiq olunacaq » AzadMedia.az



2026-cı ildən etibarən ölkədə səhiyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədilə bir sıra tibb müəssisələrində onlayn randevu sisteminə tam keçid nəzərdə tutulur. İlk mərhələdə bu sistem Yeni Klinika və Abşeron Rayon Mərkəzi Xəstəxanasında tətbiq ediləcək.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qurumun “2025-ci ilin yekunlarına və gələcək planlara dair” keçirdiyi brifinqdə məlumat verib.

İcraçı direktor bildirib ki, hazırda paytaxt və Abşeron bölgəsində fəaliyyət göstərən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılaraq istifadəyə verilib. Bu addımlar tibb müəssisələrində vətəndaşların qəbul prosesinin daha səmərəli təşkili məqsədi daşıyır.

Vüqar Qurbanovun sözlərinə görə, həyata keçirilən islahatların əsas hədəfi vətəndaş məmnuniyyətinin təmin edilməsi və səhiyyə sisteminə institusional etimadın gücləndirilməsidir. Müraciətlərin operativ və nəticəyönümlü şəkildə cavablandırılması, şəffaflığın artırılması, korrupsiya risklərinin minimuma endirilməsi və xidmət keyfiyyətinə ictimai etimadın yüksəldilməsi 2026-cı ildə TƏBİB-in fəaliyyətində əsas prioritetlərdən olacaq.
Избранный
59
1
azadmedia.az

2Источники