Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanması sülh gündəliyinin bəyanatlar mərhələsindən çıxaraq praktiki müstəviyə keçdiyini göstərən mühüm addımdır”. Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.O bildirib ki, uzun illərdən sonra ilk real iqtisadi əməliyyat tərəflər arasında münasibətlərin tədricən praqmatik əsasda formalaşdığını nümayiş etdirir:“Neft məhsullarının beynəlxalq bazar qiymətləri ilə və kommersiya prinsipləri əsasında satılması bu prosesin siyasi jestdən daha çox bazar yönümlü əməkdaşlıq olduğunu təsdiqləyir. Bununla yanaşı, bu addım Ermənistanın regional reallıqları qəbul etməsi və Azərbaycanın təşəbbüslərinin faktiki nəticə verdiyini göstərən siyasi mesaj kimi də dəyərləndirilə bilər. Gürcüstanın tranzit ölkə kimi daşınmanı birdəfəlik və pulsuz həyata keçirməsi regionda formalaşan etimad mühitinin gücləndiyini, eyni zamanda Cənubi Qafqazda əməkdaşlıq platformalarının önə çıxdığını göstərir. Bu kontekstdə enerji sahəsində atılan addım tərəflər arasında siyasi dialoqun möhkəmlənməsinə, qarşılıqlı etimadın artmasına və gələcəkdə ticarət, nəqliyyat və digər sahələr üzrə daha geniş əməkdaşlıq üçün dayanıqlı siyasi zəminin formalaşmasına xidmət edir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.