RU

Papuaşvili: “Müharibədə uduzan Ukrayna və Aİ olacaq”

AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili belə deyib.

“Son nəticədə bütün müharibələr sülhlə başa çatır: yeganə sual bu müharibədən kimin əziyyət çəkməsidir. Bu müharibənin qalibinin olub-olmayacağını hələlik söyləmək mümkün deyil, amma indidən əminliklə demək olar ki, ən azı iki uduzan tərəf var - Ukrayna və Aİ”,- siyasətçi bildirib.

Makron:“Putinlə dialoq bərpa olunmalıdır”
Gürcüstan parlamentinin sədri Fransa prezidenti Emmanuel Makronun “Vladimir Putinlə söhbət faydalı olardı” açıqlamasını da şərh edib.

- Mən bunu əvvəllər də demişəm və yenə də deyirəm: yeni heç nə baş vermir. 2008-ci il müharibəsindən sonra da belə idi. Heç bir il keçməmiş ABŞ-nin Dövlət katibi Hillari Klinton və Rusiyanın Xarici İşlər naziri münasibətlərin “yenidən yüklənməsi” düyməsini basdılar. Bütün müharibələr sonda sülhlə başa çatır”,- Şalva Papuaşvili vurğulayıb.

Onun sözlərinə görə, yüz minlərlə vətəndaşını itirən, qan tökən və iqtisadiyyatını məhv edən Ukrayna indi ərazilərinin itirilməsini de-fakto tanımaq qərarına gəlmək məcburiyyətindədir.

“Ukraynaya maliyyə və hərbi dəstək yükü isə indi Aİ-nin çiyninə düşüb. Buna nail olmaq üçün Aİ Ukraynaya kreditlər götürür və vəsait köçürür. Belə borc öhdəlikləri ilə Aİ-nin iqtisadi artımı sıfır civarındadır və biz daxili siyasi gərginliyin də şahidi oluruq”,- Gürcüstan parlamentinin sədri Ukrayna müharibəsində iki uduzan subyektin üzləşdiyi sərt və acı reallığı diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
35
1
azvision.az

2Источники