RU

2028-ci ildən etibarən qeydiyyatdan keçməyən bütün smartfonlar Rusiyada şəbəkədən kəsiləcək

Rusiyada yaradılacaq vahid IMEI-nömrələri bazasında smartfonların məcburi qeydiyyatı üçün ödəniş tətbiq ediləcək. Bunun olmadan, 2028-ci ildən etibarən telefonlar işləməyəcək. Bu barədə "Kommersant" nəşri Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, "cihazların bazada qeydiyyatı üçün bir neçə model üzərində işlər aparılır, o cümlədən rəsmi olaraq idxal olunan cihazlar üçün kiçik, sabit ödəniş şərtləri ilə, qeyri-rəsmi idxal olunanlar üçün isə cihazın dəyərinin müəyyən faizi qədər ödəniş ola bilər".

IMEI-nin abonent nömrəsinə bağlanması tələbi artıq 2027-ci ildə qüvvəyə minə bilər. 2028-ci ildən etibarən isə şəbəkələrdə yalnız qeydiyyatdan keçmiş cihazların işləməsi planlaşdırılır. IMEI bazasına daxil edilməmiş cihazlarda SIM-kart işləməyəcək.

"Konkret IMEI abonentlə müqaviləyə daxil ediləcək. Abonent baxımından təsiri belə olacaq ki, müqavilədə IMEI-si qeyd olunmayan cihaza SIM-kart taxmaq mümkün olmayacaq", - deyə telekommunikasiya bazarındakı mənbə nəşrə bildirib.

Rəqəmsal İnkişaf Nazirinin müavini Dmitri Uqivenkonun daha əvvəl bildirdiyi kimi, 2026-cı ildə nazirlik mobil cihazların (IMEI) unikal nömrələrinin vahid bazasını yaratmağı planlaşdırır. Bu təklif 2022-ci ildə Federal Təhlükəsizlik Xidməti tərəfindən irəli sürülmüşdü. Bu tədbir dronlarla mübarizə adı ilə izah edilir.

IMEI (International Mobile Equipment Identity) — hər bir mobil cihaza (mobil telefon, planşet və s.) təyin edilən və onun identifikasiyası üçün lazım olan unikal 15 rəqəmli nömrədir.

Almaz Həsənli

Избранный
101
1
oxumeni.az

2Источники