Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskinin Kupyansk şəhəri ilə bağlı açıqlamasına münasibət bildirib.
Leqal.info xəbər verir ki, Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub.
“Stela Kupyanskın özündən bir kilometr aralıdadır. Niyə orada dayanırsan? Əgər Kupyansk sizin nəzarətinizdədirsə, içəri girin”, - Rusiya Prezidenti Zelenskinin videosunu şərh edib.
Qeyd edək ki, Rusiya Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərini nəzarətə göürdüyünü açıqlayandan sonra Zelenski Kupyanska gedib və şəhərin girişində video çəkərək Kupyanskın Ukrayna ordusunun nəzarətində olduğunu bildirib.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта