RU

“Bəzən gizli şəkildə bunu edirəm” - Putin

Rusiya Prezidenti Vladimir Putin paytaxt Moskvada gizli şəkildə avtomobil idarə etdiyini etiraf edib.

Missiya.Az xəbər verir ki, Kreml rəhbəri bu barədə mətbuat konfransı zamanı məlumat verib.

Rusiya lideri belə bir şeyin olduqca nadir hallarda baş verdiyini bildirib:

“Tam olaraq belə deməmişəm ki, Moskvada gizli şəkildə sükan arxasında gəzib-dolanıram. Amma bu çox nadir hallarda olur. Mən sadəcə demişəm ki, bəzən yol polisinin müşayiəti və sairə olmadan sürürəm. Çox hallarda məhz belə olur”, - deyə siyasətçi vurğulayıb.

Putin qeyd edib ki, bu cür səfərlər faydasız deyil:

“Moskvada müxtəlif rayonlara girəndə ətrafda nələrin baş verdiyini görmək maraqlıdır”, - deyə Kreml rəhbəri əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
46
3
missiya.az

4Источники