RU

AFFA “Qarabağ”ı cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, iclasda Misli Premyer Liqasının 1-ci turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçında baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.

Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” komandası 2500 manat cərimə edilib.

Matçın 54-cü dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 7 min manat cərimə edilib.

Oyunda “Qarabağ”ın azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə klub 3 min manat cərimə edilib. Stadiona dəymiş ziyan “Qarabağ” komandası tərəfindən qarşılanmalı olduğu bildirilib.

Görüşdə “Qarabağ” komandasının təyin edilmiş vaxtdan gec gəldiyinə görə kluba xəbərdarlıq edilib.


Telegram kanalımız
Избранный
41
1
yenisabah.az

2Источники