RU

DİM sədri “bunker müəllimi" iddialarına aydınlıq gətirib

Bakı. Trend:

“Bunker müəllimləri”, “bizdə suallar var” kimi ifadələr sadəcəmifdir. Bunların hamısı abituriyentlərin və valideynlərin diqqətinicəlb etmək, nəticədə isə müştəri toplamaq məqsədi daşıyır. Biznesləməşğul olmaq qanunla qadağan edilməsə də, Dövlət İmtahan Mərkəzininnüfuzuna xələl gətirərək bu işi qurmaq cəhdlərinin sonu yoxdur.

Bunu Trend-əmüsahibəsində Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədriMəleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, son dövrlərdə kodlaşdırma ilə bağlı dayanlış informasiyalar yayılır:

"Halbuki kodlaşdırma prosesi tam şəffaf şəkildə aparılır. Hərbir abituriyent topladığı balı bilir, boş yerlərin sayı məlumdur vəbiz bütün bu məlumatları ictimaiyyətə açıq təqdim edirik. Üstəlik,Bakıda və regionlarda fəaliyyət göstərən Abituriyent MəsləhətMərkəzlərində mütəxəssislərimiz abituriyentlərə pulsuz xidmətgöstərirlər. Həmin mütəxəssislərə əvvəlcədən vebinarlar vasitəsiləmüsabiqə vəziyyəti izah olunur, mən özüm də ixtisaslar üzrəmüqayisəli çıxışlar edirəm".

Məleykə xanım qeyd edib ki, buna baxmayaraq, bəzi şəxslərabituriyentlərə “kömək” adı ilə müxtəlif təkliflərlə yaxınlaşır vəonların məlumat azlığından istifadə edirlər. Nəticədə isə həminabituriyentlər kodlaşdırdıqları ixtisaslara qəbul olunmadıqda,ittihamları Dövlət İmtahan Mərkəzinə yönəldirlər.

Избранный
138
4
az.trend.az

5Источники