Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Yüksək Liqada VII tur çərçivəsində “Abşeron” və “Turan” klubları qarşılaşıblar.

AVF-nin idman zalında keçirilən görüşdə “Turan” komandası 3:0 hesabı ilə rəqibini məğlub edib.

Qeyd edək ki, dekabrın 22-də isə qadınların Yüksək Liqasında ilin son oyunu baş tutacaq. Həmin gün III turdan təxirə salınan “Milli Aviasiya Akademiyası” – “Abşeron” qarşılaşması keçiriləcək.


Yüksək Liqa (qadınlar)

19 dekabr 

VII tur

   “Abşeron” – “Turan” 0:3 (19:25, 12:25, 18:25)