Başqırdıstanda 1.5 metrlik göbək ciyəsi ilə uşaq doğulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Normadan dörd dəfə uzun, düyünlü və dolanmış ciyəyə rəğmən ana və körpə sağ-salamatdır.
Məlumata görə, Rusiyanın Başqırdıstan Respublikasında nadir doğum hadisəsi qeydə alınıb. Yeni doğulan körpənin göbək ciyəsinin uzunluğu 1,5 metr olub.
Həkimlər qeyd edirlər ki, normalda bu ölçü təxminən 40 sm təşkil edir.
Bu halda isə ciyə həm həddindən artıq uzun, həm də anomaliyalarla dolu olub: üzərində iki adi və bir yalançı düyün, tromboz sahələri aşkarlanıb, üstəlik ciyə dölün ətrafına iki dəfə dolanıb.
Bütün bu təhlükəli amillərə baxmayaraq, doğuş uğurla keçib. Həm körpənin, həm də ananın vəziyyəti yaxşıdır və onlar artıq xəstəxanadan evə buraxılıblar.
Xuraman Etibarlı
İnterpress.az