RU

Azərbaycan ilə Türkiyə arasında media sahəsində dezinformasiya ilə mübarizə müzakirə olunub (FOTO)

Bakı. Trend:

“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu”çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafıAgentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə TürkiyəPrezidenti Administrasiyasının İctimaiyyətlə ƏlaqələrDepartamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüşkeçirilib.

Trend xəbərverir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasındamedia sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya iləmübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişafetdirilir.

Qeyd olunub ki, müasir informasiya mühitində saxta vəmanipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regionalsabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasındakoordinasiyalı, institusional və davamlı əməkdaşlığıngücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə–AzərbaycanMedia Platformasının birgə fəaliyyət, operativ informasiyamübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektivmexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.

Eyni zamanda bildirilib ki, informasiya axınlarınınintensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsiningenişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkarəməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir. Media vəkommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktikhəll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmalarınformalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyatakeçiriləcəyinə əminlik ifadə edilib.

Azərbaycan
Azərbaycan
Избранный
116
21
az.trend.az

10Источники