Tanınmış vəkil Ramil Vəliyevin azyaşlı oğlu ağır xəstəlik səbəbilə xəstəxanaya yerləşdirilib.
Hakimiyyət.az-ın əldə etdiyi məlumata görə, hadisə 17 dekabr 2025-ci il tarixində baş verib. Uşaq yüksək hərarət və kəskin halsızlıq şikayətləri ilə xəstəxanaya aparılıb. Aparılan tibbi müayinələr zamanı onun septik şok keçirdiyi, virusun qana keçərək orqanizmə yayıldığı müəyyən edilib.
Azyaşlı hazırda “Bona Dea” klinikasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ciddi olaraq qiymətləndirilir və müalicəsi intensiv şəkildə davam etdirilir.