Oliver Qlasnerin aqibəti müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, “Kristal Pelas”ın baş məşqçisi mövsümün sonunda komandadan ayrılacaq. Qlasner müqaviləsini yeniləməyəcək.
“Carrusel Deportivo”nun məlumatına görə, 51 yaşlı avstriyalı mütəxəssis cari mövsüm sona çatdıqdan sonra komandanı tərk edəcək. Rəhbərlik artıq yeni baş məşqçi axtarışına başlayıb və hazırda klub üçün prioritet namizəd “Xetafe”ni çalışdıran Xose Bordalasdı.
Qlasner “Kristal Pelas”a 2024-cü ilin fevralından rəhbərlik edir. Komanda hazırda premyer-liqada 16 turdan sonra 26 xalla turnir cədvəlində 5-ci yeri tutur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта