RU

Çinin Çançun şəhərində buz və qar dünyası sərgisi açılıb – FOTOSESSİYA

Çançun, 19 dekabr, AZƏRTAC

Çinin şimal-şərqindəki Cilin əyalətinin paytaxtı olan Çançun şəhərində 29-cu buz və qar dünyası sərgisi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, şəhər bələdiyyəsinin təşkilatçısı olduğu sərgi Çində populyar qış turizm məkanlarından hesab olunur. Sərgidə qar və buzdan hazırlanmış müxtəlif heykəl və fiqurlar, Çində və digər ölkələrdə məşhur memarlıq abidələrinin buzdan hazırlanan oxşarları nümayiş olunur. Bundan başqa, 1315 metr uzunluğunda qar raftinqi və 520 metr uzunluğunda buz sürüşmə zolaqları, digər əyləncə xidmətləri turistlərin ixtiyarına verilib.

Qabaqcıl audio və fotovoltaik texnologiyalardan istifadə etməklə bütün buz və qar strukturlarının ümumi ağıllı işıqlandırma dizaynı yaradılıb. Bu da öz növbəsində xüsusən gecə vaxtı rəngarəng və möhtəşəm mənzərə yaradır. Martın 21-dək davam edəcək sərgi çərçivəsində konsertlər və şou proqramlar təşkil olunacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Çançun

Избранный
122
1
azertag.az

2Источники